(26.3.1902, Şamaxı – 5.2.1979, Bakı) – Azərbaycan xanəndəsi. Azərbaycan SSR əməkdar artisti (1939). Azərbaycan radiosunun (1932-37), Azərbaycan Opera və Balet Teatrının (1937-41;1945-51) solisti olmuşdur. Kələntərli muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı kimi tanınmışdır; o, həmçinin Leyli və Leylinin anası, Әsli (“Leyli və Məcnun”, “Әsli və Kərəm”, Ü.Hacıbəyov), Әrəbzəngi (“Şah İsmayıl”, M. Maqomayev) və s. partiyaları oxumuşdur. Kələntərli gözəl, yanıqlı səsi, improvizasiya ustalığı ilə fərqlənmişdir.
Əd.: ASE, V cild, Bakı, 1981, s.336