Şamaxı r-nu Kərkənc kənd i.ə.d.-nin mərkəzi. Kərkənc yaylasındadır. Əhalisi 730 nəfərdir (2009), 166 təsərrüfatı var. Əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğuldur.
19 əsrin 1886 il əhalinin siyahıya alınmasında Şamaxı qəzasının Qoşun sahəsində Kərkənc kəndi (231 ailə, 1317 nəfər əhali) qeydə alınmışdır.
Kəndin adı qıpçaqların kərki və əncə tayfa adlarını əks etdirir. 19 əsrdə Altayda tubaların və toqusların yaşadığı Kərkəc adlı əyalət qeydə alınmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s277
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.91-92