Baş Qafqaz silsiləsindən Quba və Şamaxı rayonlarının sərhəd suayrıcında yerləşir, hün. 2135 m. Toponimin iki sözdən Kələ (tatca) böyük,baş, gəz isə dağın alçaq, haça yeridir. Dağın adı əslində Kələgəz sözünün təhrifidir. Dağın adı Kəlgəz deyil Kələgəz olmalıdır. Bu da böyük gəz, böyük aşırım kimi başa düşülməlidir.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.274