Şamaxı r-nu ərazisində göl. Qızmeydan kəndindən şimalında yerləşir. Şirinsulu, axarlı kiçik göldür. Keçmişdə ətraf maldar ellərin yaylaq yeri olmuşdur. Nohurun ortasında kəkilə oxşar qamış topası olduğuna görə belə adlandırılmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.272