(10.9.1901, Şamaxı ş. – 5.4.1975, Bakı) – Azərbaycan müğənnisi, Azərbaycan SSR əməkdar artisti, 1930 ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Onu teatra bəstəkar Müslüm Maqomayev gətirmişdir. Bu teatrda “Arşın mal alan” (Vəli), “O olmasın, bu olsun” (Hambal), “Koroğlu” (Təlxək), ” Sevil” (Balakişi), “Durna” (Dursun), “Şah İsmayıl” (Şah), “Şahsənəm” ( Aşıq Həsən), “”Leyli və Məcnun” (İbn Səlam və Məcnunun atası) tamaşalarında oynamışdır.
Məlumat www.shamakhi-encyclopedia.az saytından götürülmüşdür.