(10.1.1956, Masallı r-nunun Kolatan k.) – Azərbaycan tarixçisi, tarix elmləri doktoru (2004), professor. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1978-81 illərdə Masallı rayonunda tarix müəllimi, 1982-84 illərdə Azərbaycan Dövlət Neft Akademiyası fəlsəfə kafedrasında kabinet müdiri işləmişdir. 1984 ildən BDU-nun Tarix fakültəsi mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında çalışır. 1999 ildən həmin kafedraya rəhbərlik edir. Əsas tədqiqat sahəsi 1918-20 illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımı problemi ilə bağlıdır. 200-ə qədər elmi məqalənin, 5 monoqrafiyanın, 2 kitabın, o cümlədən də Şamaxı soyqırımı ilə bağlı tədqiqatların müəllifidir. Türkiyə və Azərbaycan tarixinin araşdırılmasında xidmətlərinə görə “Altun” qızıl medalı (1998), “Qızıl döş nişanı” (2008), Azərbaycan Respublikasının Tərəqqi medalı (2009) ilə təltif edilmişdir.
Məlumat Bakı Dövlət Universitetinin rəsmi saytından (www.history.bsu.edu.az) götürülmüşdür.