(20.7.1935, Şamaxı r-nunun, Dilman k.) – Azərbaycan fiziki, fizika-riyaziyyat elmləri doktoru (1985), professor (1986), Azərbaycan Respublikasının əməkdar müəllimi (2010). Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. 1969 ildən Azərbaycan Dövlət Tibb Universitetinin tibbi fizika və informatika kafedrasında çalışır. 1975-85 illərdə Moskvada Tətbiqi Fizika İnstitutunda və onun Bakı filialında (fotoelektronika institutu) bir sıra elmi-tədqiqat işləri aparmışdır. Əsas tədqiqat sahəsi ionlaşdırıcı şüaların təsirilə laylı və başqa növ yarımkeçiricilərdə radiasiya defektlərinin əmələ gəlməsi və habelə yarımkeçirici fotoqəbuledicilərin radiasiyaya davamlılığı problemidir. Azərbaycan MEA Radiasiya Problemləri İnstitutunun nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Elmi Şuranın üzvüdür. Xarici ölkələrdə və ölkə daxilində dərc olunmuş 130 elmi əsərin, o cümlədən 6 mоnоqrafiyanın, 3 dərsliyin, bir neçə dərs vəsaitinin, bir neçə səmərələşdirici təklifin müəllifidir. Yüksək ixtisaslı kadrların hazırlanmasında xidmətləri var.
Məlumat F. İsayevdən alınmışdır.