(5.11.1961, Şamaxı r-nunun Ovculu k.) – tibb elmləri doktoru (2009), professor (2012). Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1986 ildə həmin institutun Elmi Şurasının qərarı ilə “İnsan anatomiyası” kafedrasında baş laborant kimi əmək fəaliyyərinə başlamışdır. 2012 ildən həmin kafedranın professorudur. İlk dəfə olaraq anatomik, histoloji, histokimyəvi, elektron-mikroskopik, sitofotometrik, stereometrik və morfometrik tədqiqat üsullarından istifadə etməklə müxtəlif yaş qruplarında baldır və ürək əzələsi toxumasında müxtəlif rejimli fiziki yükün təsirindən baş verən morfo-funksional dəyişiklikləri müqayisəli şəkildə öyrənmişdir. 120 elmi əsəri, o cümlədən 2 tədris-metodik vəsaiti, 8 dərs vəsaiti, 8 dərslik və 1 monoqrafiyası çapdan çıxmışdır. Elmi məqalələrinin nəticələri Almaniya, Çin, Rusiya, Gurcüstanda və başqa ölkələrdə nəşr olunan nüfuzlu jurnallarda çap olunmuş, eyni zamanda konfranslarda məruzə olunaraq sertifikatla təltif olunmuşdur. Azərbaycan Morfoloqlar və Fizioloqlar Cəmiyyətinin üzvüdür.
Məlumat A.İsayevdən alınmışdır.