(1899, Şamaxı ş. – 1970) – Azərbaycan coğrafiyaşünası, coğrafiya elmləri doktoru. Ailəsi 1902 ildə baş vermiş Şamaxı zəlzələsindən sonra Bakıya köçmüşdür. M.İbrahimbəyov öz pedaqoji fəaliyyəti dövründə indiki Tusi adına ADPU – da, BDU-da coğrafiyadan dərs demiş, Azərbaycan EA Coğrafiya İnstitutunun dissertantı olmuş, keçmiş SSRİ EA Azərbaycan filialının Coğrafiya sektorunda elmi katib işləmiş, Azərbaycan ali məktəblərində coğrafiya fakültələrinin təşkilində fəal iştirak etmişdir.
Əd.: “Azərbaycanın coğrafiyaçı alimləri”, Bakı, Elm, 2013, s.139-140