Məhəmməd Təqi Molla Nəqi oğlu (1829, Şamaxının Xınıslı k. -1914, Türkmənistan, Mərv ş.) – şair, xəttat. Atasından dini elmlərlə yanaşı, ərəb, fars dillərini, eləcə də xəttatlığı öyrənmişdir. Bir müddət Şamaxıda xəttatlıq etmişdir. S. Ə. Şirvani, Mahmud ağa, Ə. Qafillə yaxınlıq etmişdir. Klassik və xalq şeiri üslubunda əsərlər yazmışdır. 1902 il zəlzələsindən sonra Türkmənistanın Mərv şəhərinə köçmüş, orada da vəfat etmişdir. Klassik və xalq şeiri üslubunda əsərlər yazmışdır.
Əd.: S.Qəniyev “Beyt üs-səfa” ədəbi məclisi”, Bakı, “Elm və təhsil”, 2010, s.56