(? – 1382) – Şirvanşah [1372/73 – 1382], Kavusun oğlu, Kəsranilər sülaləsindən idi. Numizmatik materiallar Huşəng ibn Kavusun zamanında Şirvanşahın Cəlairilərdən asılılığını təsdiq edir. Mənbələrdə Huşəngin öz dövrünə görə təhsil görmüş hökmdar, həm də tanınmış şair olduğu qeyd edilir. Huşəng 1382 ildə onun qəddarlığından qəzəblənmiş rəiyyəti tərəfindən öldürülmüşdür. Şirvan feodalları Huşəngin birbaşa vəliəhdi olmadığından, ən yaxın qohumlarından birini Şirvanşahlar sülaləsinin Dərbəndilər adlanan digər qolunun nümayəndəsi Şeyx I İbrahimi hökmdar seçmişdilər.
Əd.: S.Aşurbəyli “Şirvanşahlar dövləti”, Bakı, “Avrasiya Press”, 2006, s. 202-203