Şamaxı r-nu ərazisində dağ silsiləsi. Qozluçay və Çigil çaylarının suayrıcındadır. Dağ silsiləsi oradakı eyniadlı zirvənin adı ilə adlandırılmışdır. Tədqiqatçıların fikrincə, dağın adı Ouratel olmalıdır.Bu coğrafi ad fars dilindəki oura (qala) və ərəb dilindəki tel (təpə) sözlərindən düzəlib, “qala təpəsi” mənasındadır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.230