Şamaxı r-nu Hacılı kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 25 km şimal-şərqdə, dağ ətəyindədir. Əhalisi 365 (2009) nəfərdir, 73 təsərrüfatı var. Tam orta məktəb, kitabxana var. Yaşayış məntəqəsi təklə tayfasının Tağıbəyli, Şəkərbəyli, Odaqlı, Seyidəhmədli, Mehralı, Mollaməhərrəmli və Mahmudlu tirələrindən ibarət olmuş Hacılı qoluna mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
Əd.: ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 221