(1811, Şamaxı – 1874, Şamaxı) – Azərbaycan memarı. Şamaxı, Bakı, Şuşa və b. şəhərlərdə tikinti-abadlıq işləri aparmışdır. 1848-56 illərdə Şamaxıda quberniya memarının köməkçisi, 1856 ildən quberniya memarı işləmişdir. Şamaxının yenidən qurulmasının baş planını (1858-59) hazırlamış, burada teatr binası (Azərbaycanda ilk) tikmişdir (1858). 1860 illərdə Bakıda memar işləmiş, şəhərin planlaşdırılması və abadlaşdırılması sahəsində fəaliyyət göstərmişdir. Hacıbababəyovun layihəsi ilə Bakıda dəniz kənarı (keçmiş Sahil küçəsi) abadlaşdırılmış (1860 – 61; su kəməri, fəvvarələr və s.), yaşayış binaları tikilmiş (1870 illər), ilk şəhər meydanı “Parapet”, (indiki Fəvvarələr meydanı; 1868) salınaraq ətrafında ikimərtəbəli karvansara və s. binalar (1860-70) tikilmişdir. Şamaxıdakı tikililərindən hamamlar (1866-70), “Təzə məscid” (1870), Cümə məscidi (1870; yenidənqurma) və s. fərqlənir. Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur.
Əd.: ASE, X cild, Bakı, 1987, s.146