(1813, Şamaxı – ?) – şair. Özünə təxəllüs qəbul etməmişdir. Seyid Əzim Şirvani öz təzkirəsində onun haqqında yazır: “15-16 yaşım olanda o zatın xidmətində olmuşam, söhbətlərini dinləmişəm və ondan çox şeylər öyrənmişəm. Belə zənn edirəm ki, belə bir rəfiqi-sahibhal və müsahibi-xoşəhval bu ərazidə tapılmaz. Elmi-musiqidə Fəriyabiyi-sanidir ki, əlhəqq sərişteyi tammı və nəzm və nəsrdə çox şirin olan kəlamı vardır. Fünuni-şeirdə qüvveyi-təbindən şeirfəhmliyi ziyadədir, çox dəqiqfəhmdir və əhli zövq”..
B.Niyazlı “Şamaxı xanlığı”, Bakı, “Nurlar”, 2014, s.264