(28.10.1900, Şamaxı – 22.7.1972, Bakı) – biokimyaçı. Tibb e.d. (1937), professor (1937), Azərbaycan SSR EA müxbir üzvü (1962). Azərbaycan SSR əməkdar həkimi (1942) və əməkdar elm xadimi (1942). 1937 ilə qədər SSRİ EA A. N. Bax ad. Bioloji Kimya İnstitutunda işləmiş, 1937-72 illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda bioloji kimya kafedrasının müdiri olmuşdur. Əsas tədqiqatı zülallarla vitaminlər arasında qarşılıqlı əlaqə, biokimyəvi proseslərdə karotinin rolu, Azərbaycan SSR-də kurort amillərinin biokimyəvi təsiri problemlərinə həsr olunmuşdur. Ümumittifaq Biokimyaçılar Cəmiyyətinin Azərbaycan bölməsinin sədri (1958-72), biokimyaçıların 5 Beynəlxalq konqresinin nümayəndəsi, Böyük və Kiçik Tibb Ensiklopediyalarının “Biokimya” bölməsinin redaktorlarından biri, SSRİ EA-nın “Biokimya” jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Kadrlar hazırlanmasında xidməti var. Lenin ordeni, “Şərəf nişanı” ordeni və medallarla təltif edilmişdir.
Əd.: ASE, X cild, Bakı, 1987, s. 213