(16.2.1938, Bakı) – Azərbaycan bioloqu, biologiya elmləri doktoru (1985), professor (1986). Azərbaycan Dövlət Universitetini bitirmişdir. Moskva Dövlət Universitetində, AMEA-nın Botanika İnstitutunda çalışmış, Karneqi İnstitutunda (biologiya bölməsi), Stenford və İllinoys universitetlərində (ABŞ) tədqiqatlar aparmışdır. 1998 ildə Demokritos Nüvə Mərkəzində (Yunanıstan) əcnəbi tədqiqatçı kimi, 2000-01 illərdə Kvansey Qakuen Universitetində (Yaponiya), 2005-07 illlərdə Kəraçi Universitetində (Pakistan) əcnəbi professor kimi çalışmışdır. BDU-nun biofizika və molekulyar biologiya kafedrasının müdiridir (2011 ildən). Əsas elmi istiqaməti fotosintezin və fotobioloji proseslərin fiziki-kimyəvi mexanizmlərinin araşdırılması ilə bağlıdır. 150-dən çox elmi əsərin müəllifidir. Elm sahəsində respublika Lenin komsomolu mükafatına layiq görülmüşdür (1974). Bir sıra xarici və yerli elmi jurnalların redaksiya heyətlərinin və bəzi beynəlxalq elmi cəmiyyətlərin (Fotosintez, Fotobioloqlar, Biofiziklər) üzvüdür.
Əd.: Bakı Dövlət Universitetinin professorları, “Bakı Universiteti” nəşriyyatı, 2014, s.168