Bəydəmirov Gülümxan Qardaşxan oğlu (15.7.1950, Şamaxı r-nunun Ərəbşalbaş k.) – rəssam, xəttat. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. Azərbaycanda unudulmaqda olan daş üzərində oyma sənəti ilə yaxından məşğuldur.
Bacarıqlı xəttat kimi tanınır. 1995 ildə Türkiyəyə gedən rəssam ustad xəttatlarla görüşmüş, İslam təsəvvüfünə yaxından bələd olmuşdur. İlk dərslərini Kamil Nazikdən almış, sonra isə dünya şöhrətli xəttat Davud Bektaşdan bu sənətin sirlərini öyrənmişdir. Dünyanın müxtəlif ölkələrində təşkil olunan sərgilərdə uğurla iştirak edir. 2006 ildə İstanbulda təşkil olunan sənət yarışmasında “Ahmed-Muhammed” əsəri birincilik qazanmışdır. 2007 ildə Almaniya və Avstriyada fərdi sərgiləri olmuşdur. Əsərləri Türkiyə, Fransa, Almaniya, Hollandiya, Avstriya, Koreya kolleksiyaçıları tərəfindən alınmışdır.
Məlumat G.Bəydəmirovdan alınmışdır.