Azərbaycanda orta əsr qalası. Şamaxı şəhərinin şimal-qərbində, Qız qalası dağındadır. 9 əsrdən mövcud olduğu ehtimal edilir. Qalanın ön istehkamı dağın yamac hissəsində, narınqalası isə zirvəsində tikilmişdir.
Xaqani, Arif Әrdəbili və b. əsərlərində qalanı tərənnüm etmişlər. İstehkamın divar və bürclərinin xarabaları hələ də qalmaqdadır. Mənbələrdə 11 əsrin əvvəllərində Yəzidiyyə şəhərinin adı ilə birlikdə çəkilir. 11-17 əsrlərdə Şirvan şahlarının müdafiə qalası və iqamətgahı olmuşdur. Arxeoloji qazıntılar nəticəsində Gülüstan qalasının saray kompleksinə daxil olan bina qalıqları, 9-12 əsrlərə aid çoxlu maddı mədəniyyət nümunəsi aşkar edilmişdir.
Əd.: ASE, VI cild, Bakı, 1982, s.118-119