Şamaxı şəhərindən 16 km cənub – qərbdə, Göylər kəndi ərazisində yerləşən tarixi-memarlıq abidəsi. Məscid 12-13 əsrlərdə tikilmişdir. Üslub xüsusiyyətlərinə görə binanın tikilmə tarixi 12 əsrə aid edilir. Qədim qəbiristan, karvansara kompleksi və Pir Mərdəkan türbəsi məscidin ətrafında yerləşir.