Warning: Undefined array key "glossary" in /home/shamak5/public_html/wp-content/themes/encyclopedia/archive.php on line 25
Simvolu
ZƏLZƏLƏ
Qafqaz, o cümlədən Azərbaycan ərazisi Alp-Himalay qırışıqlıq sisteminin tərkib hissələrindən biri olub, Avrasiya və Ərəbistan tektonik plitələrinin kolliziya (toqquşma) təmas zonasında yerləşir və kifayət qədər yüksək seysmik aktivliklə səciyyələnir. Azərbaycan ərazisində dəfələrlə böyük dağıntı və insan itkilərilə müşayiət olunan güclü zəlzələlər baş vermişdir. Azərbaycanda baş vermiş ən güclü zəlzələlər haqqında ilk məlumatlara əlyazmalar, salnamələr və səyahət qeydlərində rast gəlinir.
ZƏRBƏLİYEV Cəmaləddin Cəmo oğlu
(1.7.1948, Şamaxı r-nunun Ərəbşahverdi k.) – iqtisadçı, iqtisad elmləri üzrə fəlsəfə doktoru (1985), dosent (1992). Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1970 ildən həmin institutda çalışır. 2005 ildən uçot-iqtisad fakültəsinin dekan müavinidir. 50-dən artıq elmi-metodik əsərin müəllifidir.
Məlumat C.Zərbəliyevin ailəsindən alınmışdır.
ZÜLFÜQARLI Məhərrəm Paşa oğlu
(19.8.1955, Ucar ş.) – tarixçi, tarix üzrə fəlsəfə doktoru (1990), dosent (2008). Azərbaycan Dövlət Universitetini bitirmişdir. Azərbaycan MEA Tarix İnstitutunda, Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Sumqayıt filialında, Bakı Dövlət Universitetində, Bakı Biznes Universitetində, Sumqayıt şəhər İcra Hakimiyyəti sistemində çalışmışdır.
ZAMANOV Abbas Fəttah oğlu
(10.10.1911, Naxçıvan MR, Şərur r-nunun Maxta k. – 1.4.1993, Bakı) – Azərbaycan ədəbiyyatşünası, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru (1968), professor (1971), Azərbaycanın əməkdar elm xadimi (1980), Azərbaycan EA müxbir üzvü (1983), Türk Dil Qurumunun (Türkiyə) müxbir üzvü (1971), Səlcuq Universitetinin (Türkiyə) fəxri doktoru (1988). Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.
ZEYNALOV Mirsaab Mirkazım oğlu
(1929, Şamaxı r-nunun Hacıqədirli k. – 1971, Bakı) – Azərbaycan geoloqu, geologiya-mineralogiva elmləri doktoru (1969). Azərbaycan Sənayə İnstitutunu bitirmişdir. 1953-54 illərdə “Azneft-kəşfiyyat” birliyinin geoloji-kəşfiyyat trestinin çöl planlama partiyasında geoloq işləmişdir. 1954-57 illərdə AzET- NGKİ-nin çöl partiyasında geoloq, sonra Neftçıxarma üzrə AzETİ-də işləmiş və Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfıyyat fakültəsində dərs demişdir.
ZABİTOV İbrahim Müslüm oğlu
(1945, Şamaxı r-nunun Kiçik Xınıslı k.) – idman xadimi, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi (2011), sərbəst güləş üzrə SSRİ idman ustası (1968). Şamaxı rayon “Məhsul” cəmiyyətinin sədri, idman məktəbinin direktoru vəzifələrində çalışmışdır. Əməkdar məşqçi Xankişi Hüseynovun yetişdirməsidir. SSRİ turnirlərinin mükafatçısı, respublika çempionatlarının qalibi olmuşdur. Məşqçilik fəaliyyəti zamanı dövründə yetirmələri SSRİ və Azərbaycan çempionu olmuşlar. Hazırda ictimai əsaslarla məşqçi işləyir.
Məlumat İ.Zabitovdan alınmışdır.
ZİKRİ ŞİRVANİ
Molla Ağa Səməd Molla Qasım oğlu Zikri, (1831, Şamaxı ş. – 1902, Şamaxı ş.) – şair, ruhani. Əvvəl Şamaxıda, daha sonra isə Bağdad və Kərbəlada mükəmməl təhsil almış, ərəb və fars dillərinə yiyələnmiş, ömrünün axırına kimi mollalıq etmişdir. Şirvanda düzlük, sədaqət, mehribanlıq, ləyaqət nümunəsi kimi tanınmışdır. Mərsiyə, sinəzən, münacat, nət və s. formalarda şeirlər yazmışdır.
Əd.: S.Qəniyev “Beyt üs-səfa” ədəbi məclisi”. Bakı, “Elm və təhsil”, 2010, s.72
ZƏHİRƏDDİN ŞİRVANİ
(? – ?) – dövlət xadimi. 12 əsrdə Şirvanşahlar dövlətinin baş vəziri (böyük xocası) olmuşdur. Xaqani onu Şirvanda elm və sənət xadimlərinin himayəçisi adlandırırdı.
Əd.: E.Mehralıyev “Şirvan Elmlər Akademiyası”, Bakı, “Çaşıoğlu”, 2000, s. 63
ZEYNƏB ZƏRBƏLİ QIZI
(1860/62, Şirvan mahalı Kolanı k. – 1942) – şair. Babası şair Çürük İslamın yanında böyümüş, şeir yazmağı da ondan öyrənmişdir. 1919 ildə baş vermiş vəba, haqsızlıq və zülmün ifşası, sonralar isə 1941-45 illər müharibəsi ilə əlaqədar bir sıra şeir və bayatılar söyləmişdir.
Əd.: Azərbaycan qadın şairləri antologiyası (tərtib edəni Ə.Cəfərzadə) , Bakı, “Avrasiya Press”, 2005, s. 120