Yeni yaradılan Şamaxı Safari Parkı ilə tanışlıq
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni yaradılan Şamaxı Safari Parkı ilə tanış olublar.
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni yaradılan Şamaxı Safari Parkı ilə tanış olublar.
Xəlilov Yasin Xələf oğlu (4.4.1964, Şamaxı r-nunun Ovçulu k.) – şair, texniki elmlər namizədi. Novoçerkassk Texniki Universitetini (RF, Rostov vilayəti) bitirmişdir. İxtisasca kimyaçı-texnoloqdur. Hazırda Azbentonit MMC-nin direktoru vəzifəsində çalışır. 60-dan çox elmi məqalənin, 7 ixtira patentinin, ali məktəblər üçün 3 dərsliyin müəllifidir. Texnologiya sahəsində 3 beynəlxalq elmi konfransın iştirakçısıdır. 3 şeir kitabının müəllifidir.
Məlumat Y.Xəlildən alınmışdır
Şamaxı r-nu Qızmeydan i.ə.d-də kənd. Pirsaat çayının sol qollarından olan Yapalaq çayının başlanğıc sahəsində, Qızmeydan platosunda yerləşir. Kənd vaxtilə Astraxanka adlı rus kəndindən çıxmış ailələr tərəfindən Şirəlibəy mülkündə bina edilmişdir. Qızmeydan yaylasında yerləşən Astraxanka (indi Qızmeydan) kəndindən çıxmış ailələr tərəfindən yeni kənd salındığına görə, Novoastraxanka adı verilmişdir. Hazırda bu kənd Yeni Qızmeydan adlanır.
Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.123
Dağın döşündə amfitetar şəklində salınan kəndlər. Yamac kəndlərinin yerləşməsində başlıca amil onların su mənbəyinə (çay, bulaq, nohur və s.) yaxın olmasından ibarətdir (Dəmirçi və b.). Çox vaxt belə kəndlərin hər birində iki-üç bulaq olur.
Əd.: A.Mustafayev “Şirvanın maddi mədəniyyəti”, Bakı, “Elm”, 1977, s.25-26
(? – ?) – usta, bənna. Şamaxı sakinidir. Şamaxı yaxınlığındakı Zoğalavaçay üzərindəki köhnə körpünü təmir etdirmişdir. Onun haqqında məlumat abidənin üzərindəki kitabədə və Gürcüstan dövlət arxivində saxlanılır.
Əd.: А.В.Саламзаде “Архитектура Азербайджана”, Баку, Издательство Академии Наук Азербайджанский ССР, 1964, с.226
(1973, Şamaxı r-nunun Mədrəsə q. – 26.1.1994) – Qarabağ müharibəsi şəhidi.
Məlumat X. Yusifovun ailəsindən alınmışdır.
(7.2.1938, Şamaxı ş.) – geoloq, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru (1978). Azərbaycan Dövlət Sənaye İnstitutunu bitirmişdir. Türkmənistan Respublikasının geoloji ekspedisiyasında geoloq (1961-63), AZNEFT İB-nin “Binəqədineft” NQÇİ-də sahə rəisi, mühəndis vəzifələrində çalışmışdır (1963-69).
Şamaxı r-nu ərazisində dağ. Zoğalava çayının sahilində, Şamaxı şəhərindən cənubdadır. Dağ ərazisində Şamaxı hakimi Mustafa xanın ailə üzvləri dəfn edilmiş yeddi türbə (günbəz) olan Yeddigünbəz qəbiristanlığının adı ilə adlandırılmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 274
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şamaxı şəhərində fəaliyyət göstərmiş xeyriyyə cəmiyyəti. Bakının baş memarı olmuş ali təhsilli ilk azərbaycanlı memar Zivər bəy Əhmədbəyovun təşəbbüsü ilə təşkil olunmuşdur (1919). Cəmiyyətin əsas məqsədi S.Şaumyanın göstərişi ilə erməni-daşnak və bolşevik hərbi birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı 1918 ildə həyata keçirilmiş soyqırımları zamanı xüsusi qəddarlıqla dağıdılmış və yandırılmış Şamaxı şəhərini bərpa etmək olmuşdur.
Əd.: Azərbaycan Xalq Cünhuriyyəti Ensiklopediyası, II cild, Bakı, “Lider-Nəşriyyat”, 2004, s. 438
(1910, Şamaxı ş. – 9.8.1979, Bakı) – Azərbaycan yazıçısı, dosent. Nuxa Pedaqoji Texnikumunu və Bakı Ali Pedaqoji Məktəbini bitirmişdir. Azərkinoda bədii büronun üzvü (1930-32), Azərbaycan Baş Ədəbiyyat Müfəttişliyi İdarəsində siyasi redaktor (1932-34) işləmişdir. Ədəbi yaradıcılığa 30-cu illərin əvvəllərində başlamışdır.