VƏLİYEV Əzizağa Muradxan oğlu

(20.07.1953, Şamaxı – 13.06.2016, Şamaxı) – Azərbaycan müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru (1994). Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir (1974). Pedoqoji sahədə müxtəlif rəhbər vəzifələrdə işləmiş, uzun müddət Həmyəli kənd orta məktəbinin direktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının müəllimi vəzifələrində çalışmışdır.