SARIDAŞ YAYLASI
Şamaxı r-nu ərazisində yaylaq. Sarıdaş çayının sağ tərəfindədir. Otlaq kimi istifadə edilən yaylaqda eyniadlı göl də vardır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 176
Şamaxı r-nu ərazisində yaylaq. Sarıdaş çayının sağ tərəfindədir. Otlaq kimi istifadə edilən yaylaqda eyniadlı göl də vardır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 176
Şamaxı r-nu ərazisində çay. Qozluçayın sol qoludur. Çay adını sahilindəki sarı rəngli nəhəng daşın adından almışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 176
Şamaxı r-nu ərazisində palçıq vulkanı. Bu söz sara (bataqlıq) və bil (sahil,kənar) komponentlərindən düzəlib, “kənarı bataqlıq olan” mənasındadır. Görünür, vulkan püskürərkən kənarlarına tökülən palçıqlı su bataqlıq əmələ gətirdiyindən obyekt bu adı almışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 173
Şamaxı r-nunun qərbində dağ. Hün. 725 m. Əsl adının Sığırçıxmaz olduğu söylənilir. Türk dillərində sığır sözünün “inək” mənasında işlənməsini nəzərə alaraq “inək çıxa bilməyən dağ” kimi izah olunur. Türk dillərində “xam göndən tikilmiş ayaqqabı” da sağır adlanır. Görünür, dağ yamacının dikliyinə görə oraya sağır adlanan ayaqqabı ilə çıxmaq mümkün olmadığından dağ belə adlandırılmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 169
(1858, Şamaxı ş. – 1928) – memar, mülki mühəndis. Əslən polyakdır. Yaradıcılığı Bakı şəhəri ilə sıx bağlıdır. Çox güman ki, valideynləri 1859 ildə baş vermiş dağıdıcı Şamaxı zəlzələsindən sonra Bakıya köçmüşlər.
Şamaxı r-nunn Çarhan i.ə.d.-də kənd. Ləngəbiz silsiləsində Alpout dağının yamacında yerləşir. Əhalisi 380 nəfərdir (2009), 61 təsərrüfatı var. Keçmiş adı Osmanbəyli olmuşdur. Yaşayış məntəqəsinin ərazisi vaxtilə Şahbaz bəy adlı şəxsə məxsus olduğı üçün bir müddət Şahbazbəyli, 1930-1956 illərdə isə Azərbaycan KP MK-nın birinci katibi olmuş M.C.Bağırovun şərəfınə Bağırovka adlanmışdır. 1956 ildən kənd şair M.Ə.Sabirin adını daşıyır. Ərazidə eyniadlı palçıq vulkanı da mövcuddur.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 168
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.46
Şamaxı r-nunun Qaleybuğurd i.ə.d.-də kənd. Pirqulu dağının cənub-qərb yamacında, Ağsu çayın hövzəsinə məxsus Sis çayın yaxınlığında yerləşir. Əhalisi 348 nəfərdir (2009), 79 təsərrüfatı var. Kəndin ərazisi meşəlikdir. Pirqulu yaylasında günəşli havalar olduğu halda yaylanın Ağsu çayı sahəsində Sis kəndi yerləşən yamacda ən çox dumanlı, çiskinli havalar olur.
(9.5.1973, Şamaxı r-nunun Böyük Xınıslı k. – 12.10.1992, Ağdərə r-nununda həlak olmuşdur) – Qarabağ müharibəsi şəhidi.
Əd.: “Şamaxı tarix-diyarşünaslıq muzeyi”, Bakı, 2009, s.178
(21.7.1973, Şamaxı ş. – ?.4.1993, Ağdam r-nununda itkin düşmüşdür). Döyüş şəraitində itkin düşmüş və Şamaxı rayon Məhkəməsinin Qətnaməsinə əsasən şəhid hesab edilmişdir.
Əd.: “Şamaxı tarix-diyarşünaslıq muzeyi”, Bakı, 2009, s.178
(5.3.1971, Şamaxı r-nunun Dəmirçi k. – 4.1.1994, Ağdam r-nunda həlak olmuşdur). Qarabağ müharibəsi şəhidi.
Əd.: “Şamaxı tarix-diyarşünaslıq muzeyi”, Bakı, 2009, s.178