SAXSILI TAXTA YAŞAYIŞ YERİ
İlk orta əsr abidəsi. Şamaxı r-on mərkəzindən 25 km çənub-şərq tərəfdə, Şərgah qəbirstanlığının 2 km şimal şərqində yerləşir. Abidə dörd tərəfdən müasir Bağırlı və Ovçulu kəndləri ilə əhatələnmişdir. 5 hektara yaxın sahəyə malikdir. Yaşayış yeri zəngin təbii-coqrafi mövqeyi və mülayim iqlimi olan ərazidə yerləşməsi ilə səciyyələnir.