Warning: Undefined array key "glossary" in /home/shamak5/public_html/wp-content/themes/encyclopedia/archive.php on line 25
Simvolu
SƏMƏDOV Elşən Səlim oğlu
SABİR BULAQLARI
Şamaxı r-nun Sabir i.ə.d.-də qəsəbə. Rayon mərkəzindən 7 km cənub-şərqdə, Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Әhalisi 3702 (2009) nəfərdir, 546 təsərrüfatı var. Doqquzillik məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana var. Yaşayış məntəqəsi 1960 ildə Qocamanbəyovların nəslinə mənsub yerdə üzümçülük sovxozunun təşkil edilməsi ilə əlaqədar orada çalışan fəhlələr üçün salınmış, sovxozun əhalisi əsasən Quşçu kəndindən gəlmiş ailələr hesabına artmışdır.
Qəsəbə Azərbaycan şairi Mirzə Ələkbər Sabirin şərəfınə adlandırılmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 168
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.47
SƏMƏDOV Harun Ağamusa oğlu
(22.3.1933, Şamaxı ş. – 1993, Bakı) – Azərbaycan bioloqu, biologiya elmləri doktoru (1987). Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Ömrünün sonuna kimi Azərbaycan EA Zoologiya İnstitutunda çalışmışdır. Kənd təsərrüfatının quşçuluq sahəsi ilə bağlı elmi aradırmaların müəllifidir.
Məlumat D.Musayevdən alınmışdır.
SABİR YARADICILIĞINA HƏSR EDİLMİŞ BƏDİİ QİRAƏT MÜSABİQƏSİ
Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Söz Azadlığını Müdafiə Fondu tərəfindən keçirilən illik müsabiqə.
SƏRDƏXANA YAYLASI
Pirsaat çayı ilə Qozlu çayın arasında yerləşir. Yerli əhali arasında Sərdəxana kimi adlandırılan yayla hazırda yazılı ədəbiyyatda Sərdıxan kimi qeyd olunur. Sərdəxana ətrafındakı kəndlərin (Zarat Xeybəri, Səfalı, Pirbəyli və s.) tat dilində danışmasına əsasən ehtimal etmək olar ki, bu dağın adı ilk formasında “Sərdəxanu” olmuşdur.
SƏFALI
Şamaxı r-nu Dəmirçi i.ə.d.-də kənd. Sərdəxana platosunun qərbində, Pirsaat çayının sahilindədir. Əhalisi 134 nəfərdir (2009), 31 təsərrüfatı var. Keçmiş adi Zarat olmuşdur. Dağ sürüşməsi nəticəsində kənd başqa əraziyə köçürülmüş, lakin bir müddətdən sonra əhali yenidən əvvəlki yaşayış məntəqəsinə qayıtmışdır. Kəndin adı onun gözəl təbiəti ilə bağlı yaranmışdır
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 183
SEYİDOV Sədrəddin Məhyəddin oğlu
(20.9.1950, Şamaxı r-nunun Məlhəm k.) idmançı, SSRİ idman ustası. Sumqayıt Kimya Texnologiya Texnikumunu bitirmişdir. Dəfələrlə respublika birinciliklərinin qalibi və mükafatçısı, beynəlxalq turnirlərin mükafatçısı olmuşdur. Hazırda Məlhəm kəndində məşqçi kimi fəaliyyət göstərir.
Məlumat S.Seyidovdan alınmışdır.
SÖZ AZADLIĞINI MÜDAFİƏ FONDU
Söz azadlığını qorumaq məqsədilə yaradılmış qeyri-hökumət təşkilatı. 2004 ildə rəsmi dövlət qeydiyyatına alınmışdır. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatıçılığı ilə bir sıra iri həcmli layihələr gerçəkləşdirmişdir. 2007 ildə söz azadlığının qorunmasına həsr olunmuş beynəlxalq konfrans, “Reklamlarda və istehlak mallarının üzərindəki etiketlərdə Azərbaycan dilinin qorunması” ilə bağlı layihə, seçki proseslərində medianın monitorinqi, “Mətbuat xidmətlərinin fəaliyyətinə həsr olunmuş” sorğu SAMF-ın həyata keçirdiyi layihələrdəndir.
SADIQZADƏ Oqtay Seyid Hüseyn oğlu
(24.2.1921, Xızı – 20.12.2014, Bakı) – Azərbaycan rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (1992). Bakı Rəssamlıq Texnikumunu və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun qrafika şöbəsini bitirmişdir.