NƏSRULLAYEVA Sevda Nəsrulla qızı
(11.10.1943, Bakı) – tibb elmləri namizədi (1972). Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasında klinik ordinator, aspirant və assistent kimi çalışmışdır. 1977 ildən Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda böyük elmi işçi, funksional diaqnostika şöbəsinin müdiri, institutun direktoru vəzifələrində çalışmışdır.