MÖVSÜMOV Mirağa Mirmövsüm oğlu
(1850, Şamaxı – 1926, Bakı) – maarif xadimi, pedaqoq, dinşünas alim-metodist, şair. Şamaxıda mollaxanada və mədrəsədə təhsil almış (1859-82), ərəb, fars dillərini, şəriəti, islam tarixini öyrənmişdir. Şamaxıda xüsusi məktəb açmış (1882-87), oğlanlara əlifba və şəriət qaydalarını tədris etmişdir.