Millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə şamaxılı aprel şəhidləri yad edilib
Aprelin 4-də Şamaxı şəhərindəki Mədəniyyət Sarayında Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə “Torpaq uğrunda ölən varsa, Vətəndir!” adlı tədbir keçirilib. Şamaxı ictimaiyyəti nümayəndələrinin, hərbçilərinin, şəhid ailələrinin iştirak etdikləri tədbir 2016-cı ilin aprel döyüşləri zamanı həlak olan şamaxılı döyüşçülər – Samir Kaçayevin, Nazım Zəkərəyevin və Elşən Səmədovun xatirələrinə həsr olunmuşdu.