HACIYEV Rüstəm Şahalı oğlu
(1948, Şamaxı ş.) – idmançı, müəllim. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. Yunan-Roma güləşi üzrə Azərbaycan çempionu olmuşdur. Rayon təhsil şöbəsi nəzdində idman məktəbinin direktoru, Çarhan kənd və Şamaxı şəhər 5 saylı orta məktəblərində idman müəllimi, Şamaxı şəhər stadionunun direktoru olmuşdur. Hazırda təqaüddədir.