(? – ?) – Şirvanşah [1225 – 1243], I Gerşasbin oğlu, Kəsranilər sülaləsindən idi. I Gerşasb taxtdan salınandan sonra Şirvanın hakimi olmuşdu. Hakimiyyəti dövründə Şirvana gürcülərin basqınları, Xarəzmşahın və monqolların hücumu kimi kədərli hadisələr baş vermişdi. Numizmatik məlumatlar təsdiq edir ki, ölkə monqollar tərəfindən işğal olunsa da, Şirvanşah onlardan tam asılı deyildi. Şirvanın epiqrafik abidələrində də Fəribürzün adı çəkilir.
Əd.: S.Aşurbəyli “Şirvanşahlar dövləti”, Bakı, “Avrasiya Press”, 2006, s.180-184
(?-?) – Şirvanşah [1200/01-1204], II Əfridunun oğlu, Kəsranilər sülaləsindən idi. Bu Şirvanşahın mövcudluğunu qəti təsdiq edən sikkələr qalmışdır. Sikkənin üz tərəfində dini rəmz və xəlifə ən Nasir-lidin-Allahın adı, əks tərəfində isə “əl-məlik, əlo-adil Cəlal əd-Dünya və-d-din Fəribürz ibn Əfridun ibn Mənuçöhr, Şirvanşah” sözləri həkk olunmuşdur.
Əd.: S.Aşurbəyli “Şirvanşahlar dövləti”, Bakı, “Avrasiya Press”, 2006, s. 172
Şamaxı r-nu ərazisində göl. Saqiyan kəndi yaxınlığında yerləşdiyi üçün Saqiyan gölü də adlanır. 730 m. hündürlükdə yerləşir. Şirin sulu, axarsız kiçik göldür. Mal-qaranı suvarmaq üçün istifadə edilir.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.191
Fətullah Əbdüləziz İbrahim əş-Şəbərani əş-Şamaxi əş-Şirvani; bəzi mənbələrdə adının əvvəlinə “Mövlana” və “Mömin” sözləri əlavə edilir, (1417, Şamaxı – 1486, Şamaxı) – Azərbaycan ensiklopedik alimi, filosof, musiqişünas.
Şamaxı rayonu flora və bitki örtüyü baxımından Azərbaycanın ən zəngin rayonlarından biridir. Azərbaycanda dağ çöl formasiyasının ən geniş areallarından biri də məhz bu rayonun payına düşür. Quru çöl və çöl bitkiləri arid-seyrək meşələrlə və müxtəlif kollarla qarışıq formasiyalar yaradır. Rayon ərazisində yayılan quru çöl və çöl bitkiliyi başdan-başa əkinçilik və ya qış otlaqları kimi istifadə olunur. Bu sahələrdə yovşan, yovşan-efemer yarımsəhralarına rast gəlinir. Yovşan, soğanaqlı qırtıc (Poa bulbosa), yapon tonqalotu (Bromus japonicus), bərk quramat (Dolium rigidum), çilikburnu (Erodium cicaturium), bəzi sahələrdə yovşan və efemerlərlə yanaşı lalələr, mollabaşı bitkilikdə xüsusi bir mənzərə yaradır. Yarımsəhra bitkilik tipi rayon ərazisində qismən geniş yayılmışdır. Bu bitkilik tipinin heyvandarlığın, əsasən də xırdabuynuzlu mal-qaranın inkişafında qış otlaqları kimi xüsusi mühüm əhəmiyyəti vardır. Burada yarımsəhranın ağotlu-yovşanlı, topallı-yovşanlı, yovşanlı-ayrıqlı və d. formaları təşəkkül tapmışdır. Yarımsəhra bitkilliyi yerində bərpa olunmuş mədəni bitkilik, əsasən taxıl və üzümlük sahələri-bəzən də meyvə bağlaı və bostan bitkiliyi ilə əvəz olunmuşdur.
(? – təqr. 1096) – Şirvanşah [1063 – 96]. Salar ibn Yəzidin oğlu. Atasının sağlığından dövləti idarə edirdi. Onun dövründə Şəddadilər (1063 – 64) və Səlcuqlar (1066) dəfələrlə Şirvana soxuldu.
(05.1.1910. Şamaxı r-nunun Hilmilli k. – 13.1.1981, Bakı) – Sovet İttifaqı Qəhrəmanı (23.10.1943; 23.2.1961 ildə təqdim olunmuşdur), baş serjant. 1941 ildə Sovet Ordusuna çağırılmışdır.
əsl adı Məhəmməd, (1126 Şamaxı, – 1159 Təbriz) – 12 əsr Azərbaycan şairi. Ancaq Fars dilində yazmışdır. Xaqani Şirvaninin müasiri olmuş, Әbül-üla Gəncəvidən şeir-sənət dərsi almış, Şirvanşahların mötəbər saray şairlərindən sayılmışdır.
Əsl adı və familiyası Әbdülbaqi Yusif oğlu Yusifzadə, (1901, Şamaxı – 10.1.1956, Bakı) – Azərbaycan şairi. “İrmaqlar”, “Həyatdan səslər” (hər ikisi 1930), “Boy atan diyar” (1932), “Qaçay” (1933) şeir toplularının müəllifidir.
Fikrət Abbas oğlu Sadıqov, (30.5.1930, Şamaxı – 16.11.2016, Bakı) – Azərbaycan şairi. İbtidai təhsilini Şamaxıda alandan sonra Bakıda sənət məktəbini bitirmişdir. BDU-nun filologiya fakültəsində (1956-61) təhsilini davam etdirmişdir.