Warning: Undefined array key "glossary" in /home/shamak5/public_html/wp-content/themes/encyclopedia/archive.php on line 25
Simvolu
Şamaxı Ensiklopediyasının redaksiyasında görüş olub
Oktyabrın 11-də “Şamaxı ensiklopediyası”nın redaksiyasında Redaksiya Heyətinin üzvü, professor Kamil İbrahimovun iştirakı ilə görüş keçirildi.
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
15 sentyabr 2017-ci il tarixdə Şamaxı rayonunun Məlcək kəndində yeni tikilmiş ümumi orta məktəb binasının açılışı olub. Məktəbin binası Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunub.
Şamaxının Gülüstan qalası
Gülüstan qalası Şamaxı şəhərinin şimal-qərbində, sıldırım qayalı bir dağın zirvəsində tikilmişdir. Əngəxaran kəndinin yanında yerləşir. Vaxtilə Şirvanşahların qərargahı və hərbi istehkam məntəqəsi olmuş bu qala tarix boyu baş verən vuruşmalar və zəlzələlər nəticəsində tamamilə uçulub dağılmış, indi onun yalnız bəzi bürc, divar və binalarının xarabalıqları qalmışdır.
Şamaxı Cümə məscidi – on üç əsrin ibadət yeri
Azərbaycan memarlığında VII əsrin ortalarından yeni dini bina tipi – məscid obrazı formalaşmağa başlamışdır. İslam dininin gəlməsi ilə bağlı Azərbaycan ərazisində inşa edilmiş ilk məscid örnəkləri, demək olar ki, qalmamışdır. Ancaq indi mövcud olan məscidlərimizin bir neçəsinin inşaat tarixi, xalq rəvayətləri Azərbaycanda ərəblərin hakim olduqları illərə bağlayır. Belə məscidlərdən biri Şamaxı Cümə məsciddir.
Şamaxının millət vəkili Elxan Süleymanov Şamaxı şəhərində bayram tədbirlərində iştirak edib
AVCİYA-nın təşkilatçılığı ilə “Şamaxı – Azərbaycanda multikulturalizm nümunəsi” mövzusunda elmi-praktiki konfrans keçirildi
Dekabrın 19-da Şamaxı şəhərində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə “Şamaxı – Azərbaycanda multikulturalizm nümunəsi” mövzusunda elmi-praktiki konfrans keçirildi. Konfransı giriş sözü ilə pedaqogika üzrə fəlsəfə doktoru Dəyanət Musayev açdı. Şamaxı rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qasım Qasımov konfrans iştirakçılarını salamladı. AVCİYA-nın eksperti, tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı “Tolerantlığın Şamaxı nümunəsi – tarix və müasirlik”, -“Miras” Mədəni İrsin Öyrənilməsi İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Şamaxıda yaşayan milli azlıqların adət və ənənələri”, Qızmeydan kənd icra nümayəndəsi Yekaterina Ukleina “Şamaxıda yaşayan milli azlıqların nümayəndələrinə dövlət qayğısı”, Nina Sivekşina “Şamaxıda yaşayan rusların rayonun inkişafında rolu” mövzularında çıxışlar etdilər. Konfransda Bəxtiyar Vahabzadənin “Bayraq” şeirini Denis Uklein Azərbaycan dilində, M.Ə.Sabirin şeirini isə Nəzrin Əfəndiyeva rus dilində səsləndirdilər. AVCİYA-nın Prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov konfransda yekun sözü söylədi. Millət vəkili qeyd etdi ki, konfransın keçirilmə məkanı kimi Şamaxı təsadüfən seçilməyib. Bu qədim Azərbaycan torpağı həqiqətən də multikulturalizm nümunəsidir. Şamaxıda müxtəlif mədəniyyətlər bir-biri ilə birləşib, vəhdət halına gəlib. Elxan Süleymanov iki şamaxılı qəhrəmanın – bu ilin aprel ayında qəhrəmanlıqla şəhid olmuş, mənşəcə ləzgi Samir Kaçayevin və İkinci Dünya müharibəsində faşistlərə qan uddurmuş Sovet İttifaqı Qəhrəmanı Nikolay Şeverdyayevin adlarını qürurla vurğuladı.