Warning: Undefined array key "glossary" in /home/shamak5/public_html/wp-content/themes/encyclopedia/archive.php on line 25
Simvolu
ƏLİYEV Elman Əfqan oğlu
ƏLİQULİYEV Mehman Əkbər oğlu
ƏBİLOV Nadir Qədir oğlu
(1.10.1954, Kəlbəcər r-nunun İstisu q. – 2.1.1994, Ağdam r.) – Qarabağ müharibəsi şəhidi. İstisu qəsəbə orta məktəbini bitirmişdir (1971). Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1979 ildə ailə həyatı qurmuşdur.
ƏHMƏDOV Sədrəddin Babaş oğlu
(1.7.1923, Şamaxı r-nunun Quşçu k. – 25.3.2012, orada) – əmək qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1984), əməkdar üzüm ustası. İkinci Dünya müharibəsinin iştirakçısıdır. Mozdokdan Avstriyaya qədər şərəfli döyüş yolu keçmişdir.
ƏFƏNDİYEV Arif Mustafa oğlu
ƏZİZBƏYOVA Zibeydə Salam qızı
(30.12.1915, Şamaxı – 10.5.1985, Bakı) – bitki fizioloqu, biologiya e.d. (1965). 1967 ildən Azərbaycan SSR EA L.M. Komarov adına Botanika İnstitutunda bitkilərin duza davamlığı laboratoriyasının müdiri olmuşdur. Әsas tədqiqatı bitkilərin duza davamlığını öyrənməyə həsr edilmişdir. Әzizbəyovanın elmi kadrlar hazırlanmasında da xidməti var.
ƏLİZADƏ Ələşrəf Əbdülhüseyn oğlu
ƏLİYEV Musa Mirzə oğlu
(11.4.1908, Şamaxı – 3.5.1985, Moskva) – Azərbaycan geoloqu. Geologiya-mineralogiya e.d. (1957), professor (1957), Azərbaycan SSR EA akademiki (1950). SSRİ-nin fəxri neftçisi. Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) direktoru (1939-41), Azərbaycan SSR EA prezidenti (1950-58), Azərbaycan Dövlət Universitetində paleontologiya, tarixi geologiya və SSRİ geologiyası kafedrasının müdiri (1951-58) olmuşdur.
ƏFƏNDİYEV Sultanməcid Məcid oğlu
(26.5.1887, Şamaxı – 21.4.1938) – Azərbaycanın sovetləşməsində fəal iştirak etmiş partiya və dövlət xadimi.1903 ildən fəhlə hərəkatına qoşulmuş, marksist dərnəklərdə iştirak etmişdir. 1904 ildə Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyasına (RSDF(b)P) daxil olmuşdur. “Hümmət” bolşevik Əfəndizadə”, “Məhbus”, “Səma” və b. imzalarla mətbuatda yazıları dərc olunmuşdur.