ƏHMƏDLİ
Şamaxı r-nunun Hacılı i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, Çobançatladan dağının qərbindədir. Əhalisi 502 nəfərdir (2009), 123 təsərrüfatı var.
Şamaxı r-nunun Hacılı i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, Çobançatladan dağının qərbindədir. Əhalisi 502 nəfərdir (2009), 123 təsərrüfatı var.
(23.9.1897, Şamaxı – 1984, Bakı) – terapevt. Tibb e.d. (1934), professor (1936). Azərbaycan SSR əməkdar elm xadimi (1957). Azərbaycan Dövlət Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin daxili xəstəliklərin propedevtikası kafedrasının müdiri (1944 ildən) olmuşdur.
(20.03.1907, Şamaxı ş. – 1998, Bakı) – Azərbaycan elektrotexniki, Azərbaycan SSR EA akademiki (1969; müxbir üzvü,1955), texnika elmləri doktoru (1952), professor (1953). 1931 ildə M.İ.Kalinin adına Leninqrad Politexnik İnstitutunu bitirmişdir.
(1.5.1949, Şamaxı ş.) – Azərbaycan coğrafiyaşünası, coğrafiya elmləri üzrə fəlsəfə doktoru (1980). Bakı Dövlət Universiteti geodeziya və kartoqrafiya kafedrasının dosentidir. BDU-nu bitirmişdir.
(5.11.1962, Şamaxı ş.) – xanəndə, Azərbaycan Respublikasının xalq artisti. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Muğam sənətinin sirlərini Qulu Əsgərovdan öyrənmişdir. 1980 ildə yeni yaradılmış “İrs” folklor ansamblına dəvət olunmuş və qədim xalq mahnılarını böyük ustalıqla ifa etmişdir. 1984 ildə Azərbaycan Dövlət Televiziya və Radiosuna solist kimi cəlb edilmişdir. S.Rüstəmov adına xalq çalğı alətləri orkestrinin müşayiəti ilə yazdırdığı bir sıra bəstəkar mahnıları və zərb muğamları Azərbaycan radiosunun qızıl fondunda saxlanılır.
(1.1.1938, Şamaxı r-nunun., Çarhan k.) – fəlsəfə elmləri namizədi (1973). Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirmişdir. BDU-nun politologiya və sosiologiya kafedrasının dosentidir.
(1925, Cənubi Azərbaycanın Ərdəbil ş. Yaxınlığındakı Nünəkəran k.) – Sosialist Əməyi Qəhrəmanı (1951). Şamaxıda V.İ.Lenin adına sovxozda fəhlə, briqadir (1946-59) işləmişdir. Bakı Ali Partiya Məktəbini bitirdikdən sonra (1965) həmin sovxozda təsərrüfat işləri üzrə direktor müavini vəzfəsində çalışmışdır. 1950 ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur.