Şirvanşahların son iqamətgahı olmuşdur. Şamaxı şəhərindən 35 km məsafədə Sulut və Basqal kəndlərinin yaxınlığında yerləşir. Lahıc dağları ilə əhatə olunmuşdur. Fit qalası əlçatmaz bir yerdə divarla əhatə olunmuşdur. Divarların eni 3 m-dir. Dağın ən hündür nöqtəsində Xan evi adlanan böyük bir bina vardır.
Bəzi tədqiqatçılar bu qalanın, hətta 3 əsrdə müdafiə qalası olduğunu ehtimal edirlər. Başqa məlumatların bir hissəsində isə Şirvan xanlıqları dövrünə aid edilir. Şirvan xanı Mustafa xan Fit qalasının ətrafına 3 arşın enində divar tikdirmişdir. 1795 ildə Ağa Məhəmməd şah Qacarın hücumu zamanı Mustafa xan Fit qalasına çəkilir. Şirvan hökmdarları qaladan 18 əsrin sonlarına qədər istifadə etmişlər.
Əd.: Cəfərzadə Ə., Qəniyev S., Alışov R., Rəsulov S. Şamaxı. B., 1994, s. 36-37