Qurbanov Firudin Əliağa oğlu (10.2.1954, Bakı) – ədəbiyyatşünas, dramaturq, filologiya üzrə fəlsəfə doktoru (1990), dosent. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir (1977). Azərbaycan Milli Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışır. 100-dən artıq elmi məqalənin müəllifi, beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır.
Qədim Babil, Fars və Elam ölü dillərini müstəqil öyrənmiş, bu dillərdəki tarixi sənədləri orijinaldan dilimizə tərcümə etmişdir. Bədii yaradıcılıqla da məşğul olur. Pyesləri respublika teatrlarında tamaşaya qoyulmuş, ssenariləri əsasında sənədli filmlər çəkilmişdir. Muğam teatrında tamaşaya qoyulmuş S.Ə.Şirvaninin həyatına həsr olunan “Cənnətin astanasında” pyesinin, Lider TV-nin çəkdiyi və S.Ə.Şirvaninin həyat və yaradıcılığına həsr olunan “Aləmdə qalan səs” və dahi şair M.Ə.Sabirdən bəhs edən “Səbrli adamın fəryadı” sənədli filmlərinin ssenari müəllifidir.
Mikayıl Müşfiq və Cəfər Cabbarlı mükafatları laureatıdır.
Məlumat F.Qurbansoydan alınmışdır.