Fikrət Abbas oğlu Sadıqov, (30.5.1930, Şamaxı – 16.11.2016, Bakı) – Azərbaycan şairi. İbtidai təhsilini Şamaxıda alandan sonra Bakıda sənət məktəbini bitirmişdir. BDU-nun filologiya fakültəsində (1956-61) təhsilini davam etdirmişdir.
Әdəbi fəaliyyətə əsasən tələbəlik illərində başlamışdır. “İçərişəhər”, “Naxçıvan-50″, “Süleyman Rüstəm” sənədli filmlərinin ssenarisini yazmışdır. Bir müddət Şamaxıda kənd müəllimi, rayon qəzetində ədəbi işçi, Azərbaycan Sovet Ensiklopediyasının redaksiyasında elmi redaktor, şöbə müdiri, “Gənclik” nəşriyyatında redaktor işləmişdir. Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru vəzifəsində çalışmışdır. “Cığır” adlı ilk şeirlər kitabı 1963 ildə çap olunmuşdur. İlk kitabı ilə oxucu kütləsi rəğbətini qazanan şair sonralar “Ömrün bir günü”, “Dəniz küçəmizə gəlir”, “Sevgi yağışı”, “Bala kirpi”, “Ağ cığır”, “Göydən alma düşmədi” kitabları ilə öz pərəstişkarlarını sevindirmişdir.
Əd.: ASE, IX cild, Bakı, 1986, s. 554