(1778, Şəki ş. – 1825, Kürdəmir) – şairə. Şəki xanı Məhəmmədhüseyn xan Müştaqın qızı, Hacı Çələbi xanın nəticəsi, Şirvan xanı Mustafa xan Ağası xan oğlunun həyat yoldaşı. 1801-10 illərdə Fitdağ və Köhnə Şamaxıda, sonra isə ömrünün sonuna kimi Kürdəmirdə, Mustafa xanın bağışladığı malikanədə yaşamışdır.
Övladı olmadığından Mustafa xandan boşanmışdı. “Nəqşbəndi” təriqətini qəbul edərək Hacı İsmayıl Siracəddin Əfəndi Şirvaninin müridi olmuşdu. Dağıstandakı “müridizm” hərəkatının təşkilatçısı kimi Sibirə sürgün edilməsi ilə bağlı fərman verilən Şeyxi sürgündən qurtarmışdı. Şamaxıdakı “Yeddi günbəz” qəbiristanlığında dəfn olunmuşdur.
Əd.: B. Niyazlı “Şamaxı xanlığı”. Bakı, “Nurlar”, 2014, s.250-252