əsl adı Məhəmməd, (1126 Şamaxı, – 1159 Təbriz) – 12 əsr Azərbaycan şairi. Ancaq Fars dilində yazmışdır. Xaqani Şirvaninin müasiri olmuş, Әbül-üla Gəncəvidən şeir-sənət dərsi almış, Şirvanşahların mötəbər saray şairlərindən sayılmışdır.
Mənbələrdə “Ehkamül-nüçum” (“Astrologiyaya dair mühakimələr”) adlı əsər yazdığı da göstərilir. Saray böhtanlarına məruz qalmış, bir müddət zindana salınmışdır. Təbrizə getmiş, burada da həyatı keşməkeşlərlə dolu olmuşdu. Bundan dərin mənəvi sarsıntı keçirən şair gənc yaşlarında ölmüşdür. Әdəbi irsinin yalnız bir qismi dövrümüzədək gəlib çatmışdır. Әsərləri, xüsusən yaradıcılığında mühüm yer tutan qəsidələri tarixilik baxımından əhəmiyyətlidir. Avtobioqrafik səciyyəli “Həbsiyyə”si 12 əsr Azərbaycan ictimai-siyasi şeirinin gözəl nümunələrindəndir. Fələki Şirvaninin təbiət və məhəbbət lirikası yüksək bədii sənətkarlıq timsalıdır. Xaqani Şirvani onun ölümünə şeir həsr etmişdir. Yaxın Şərqin, demək olar ki, bütün orta əsr təzkirələrində Fələki Şirvanidən bəhs olunmuş, əsərlərindən nümunələr verilmişdir. Avropada irsi ilə hələ 17 əsrdən maraqlanmışlar. “Divan”ı 20 əsrdə Pakistanda, Londonda və Tehranda nəşr edilmiş, ingilis dilinə sətri tərcümə olunmuşdur.
Əd.: ASE, IX cild, Bakı, 1986, s. 531