Fətullah Əbdüləziz İbrahim əş-Şəbərani əş-Şamaxi əş-Şirvani; bəzi mənbələrdə adının əvvəlinə “Mövlana” və “Mömin” sözləri əlavə edilir, (1417, Şamaxı – 1486, Şamaxı) – Azərbaycan ensiklopedik alimi, filosof, musiqişünas.
Şərq aləmində ustad alim və müəllim kimi tanınmışdır. İlk təhsilini atasından almış, sonralar biliyini artırmaq məqsədi ilə Şirazda, Səmərqənddə və Tusda təhsilini davam etdirmiş, dövrünün görkəmli ustadlarından dərs almışdır. Bir çox alimlərin əsərlərinə şərhlər yazmışdır. Onun ən böyük əsərlərindən biri “Məcəllə fil-musiqa” (1453), yəni “Musiqi məcəlləsi” və ya “Musiqi məcmuəsi” adlanır. Bu əsər o dövrün musiqi nəzəriyyəsinə dair ətraflı və qiymətli bir mənbədir.
Əd.: Z. Səfərova “Fətullah Şirvani və onun “Musiqi məcəlləsi” risaləsi. Qobustan sənət toplusu”, www.azyb.net