(1.1.1939, Şamaxı r-nunun Məlikçobanlı k. – 24.6.2006, Şamaxı ş.) – coğrafiyaçı, coğrafiya elmləri namizədi (1971), dosent (1977). Azərbaycan Dövlət Universitetini bitirmişdir. Şamaxı rayonunun Nərimankənd və Məlikçobanlı kəndlərində müəllim və məktəb direktoru olmuşdur. Azərbaycan EA Su Problemləri Elmi-Tədqiqat İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. Su ehtiyatlarının suvarmada istifadəsinin iqtisadi səmərəliliyi, su təsərrüfatı rayonlarının su təminatı, su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi problemləri və sair istiqamətlərdə 20-dək elmi hasabat hazırlamış, 70-dən artıq elmi məqalə və 3 kitabça müəllifidir. Bakı, Moskva, Daşkənd, Tbilisi, Yerevan, Minsk və sair şəhərlərdə keçirilmiş elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir.
Məlumat M.Eyvazovun ailəsindən alınmışdır.