Əngəxaran yaxınlığında pir yeri. Burada yerin dərinliklərindən qaynayan çox gözəl suyu olan bulaq var. Qədimdə kənd əhalisi bu bulaqdan su daşıyırmış. “Eyğır” sözünün etimologiyasına gəlincə, fərz etmək olar ki, bu söz “Ayğır” sözündən formalaşmışdır. Şamaxı əhalisi “e” hərfindən çox istifadə etdiyinə görə “Ayğır” sözü “Eyğır” sözünə çevrilmişdir. Ayğır atları digər növlərə nisbətən daha iri olurlar. Nəsil artırmaq qabiliyyəti olmayan bu atlar çox güclü, dözümlü və işləkdirlər. Ehtimal etmək olar ki, kənd əhalisi bulaqdan suyu aparmaq üçün Ayğır atından və burulğan tipli sistemdən istifadə edib, atı su çıxan yerin başına fırlatmaqla su çəkərlərmiş. 1951 ildə əngəxaranlı Ağamirzə Əhmədov bulağın suyunu kəndə çəkdirmiş, kəndin mərkəzində gözəl bir bulaq tikdirmişdir.
Əd.: K.Fərhadoğlu “Qədim Şirvan elinə səyahət”, Bakı, 2005