(14.10.1963, Kürdəmir r-nunun Axtaçı k.) – ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, dosent. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Azərbaycan Müəllimlər İnstitutu Şamaxı filialının ümumelmi fənlər kafedrasının müdiridir. Şamaxı rayon Təhsil Şöbəsinin müdiridir. Ədəbiyyatşünaslığımızda milli memuar ədəbiyyatının ilk sistemli tədqiqatçısıdır. M.Ə.Sabir yaradıcılığının tədqiqatçılarındandır. 5 monoqrafiya, 70-dək elmi məqalə, 2 metodik vəsait və 1 proqram müəllifidir. “Tərəqqi” medalı ilə təltif olunmuşdur (2011).
Əd.: E. Eminalıyev “Mirzə Ələkbər Sabir: həyatı və sənəti”, Bakı, CBS, 2012