Osmanov Elxan Əbdürrəhman oğlu (19.12.1962, Şamaxı r-nunun Sis k.) – Azərbaycan yazıçısı, detektiv ustası. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Doğulduğu kənddə fizika-riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışmışdır. 2001 ildən Bakı şəhərində yaşayır. Ədəbiyyata uşaq yaşlarından böyük maraq göstərmişdir. Kiçik şeirlər və hekayələr yazmış, “Kirpi” jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunmuşdur. 25 kitabı işıq üzü görmüşdür, onların 4-ü şeir, 2-si riyazi məntiq, 19-u isə detektiv nəsr əsərləridir. “Xəyanət” romanından sonra detektiv yazıçı kimi tanınmağa başlamışdır. İrihəcmli “Qan ləkəsi” romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan “Cəhənnəmdən gələn səs” romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab olunur. Əsərləri ingilis və rus dillərinə tərcümə olunmuşdur.
Məlumat E. Elatlıdan alınmışdır.