Şamaxı r-nunun Dəmirçi kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 32 km şimalda, Şamaxı – Lahıc yolu kənarında, Pirsaat çayının sağ sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Әhalisi 582 (2009) nəfərdir, 102 təsərrüfatı var. Tam orta məktəb, klub, kitaxana, tibb məntəqəsi, doğum evi; orta əsrlərə aid qədim qəbiristan var. Dəmirçi palçıq vulkanı kənddən 2,5 km cənub-şərqdədir.
Kənd əvvəllər Künəçayın (Dibçay) sahilində salındığına görə Künəçay adlanmışdır. 19 əsr mənbələrində Künəçay kəndinin adı çəkilir. Əhən kəndindən gəlmiş dəmirçi ailələri əvvəlcə mövsümi xidmətlə əlaqədar el yolunun kənarında müvəqqəti yurd, sonralar isə daimi yaşayış məntəqəsi salmışdılar. Kəndin adı sakinlərin məşğuliyyəti ilə əlaqədardır. Buna görə də demək olar ki, Şamaxı rayonu ərazisindəki Dəmirçi kəndinin adının Azərbaycanın digər rayonlarında olan dəmirçilərlə heç bir əlaqəsi olmamışdır.
Əd.: ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. I cild. Bakı, “Şərq-Qərb”, 2007, s.159
N.Bəndalıyev “Dağlıq Şirvanın toponomiyaları”, Bakı, “Elm”, 2009, s.73