Şamaxı r-nu Göylər i.ə.d.-də kənd. Rayon mərkəzindən 25 km cənubda, Ləngəbiz silsiləsinin ətəyindədir. Əhalisi 185 (2009) nəfərdir, 41 təsərrüfatı var. Doqquzillik məktəb, tibb məntəqəsi, abidələrdən çoxtəbəqəli “Təpədibi” yaşayış yeri, Pirəbağdad türbəsi, qəbiristan, “Qalacıq” yaşayış yeri və s. var.
Mənbələrdə eramızın 7-8 əsrlərində Şərqdə Göytürk tayfasının mövcud olması göstərilir. E.Nuriyevə görə göylər etnonimi bununla bağlıdır. Tarixi faktlar göstərir ki, Göylər kəndinin adı vaxtı ilə Azərbaycanda məskunlaşmış eyni adlı tayfanın adını əks etdirir.
Əd.: ASE, VI cild, Bakı, 1982, s.108
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.75