YENİ ŞİRVAN
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şamaxı şəhərində fəaliyyət göstərmiş xeyriyyə cəmiyyəti. Bakının baş memarı olmuş ali təhsilli ilk azərbaycanlı memar Zivər bəy Əhmədbəyovun təşəbbüsü ilə təşkil olunmuşdur (1919). Cəmiyyətin əsas məqsədi S.Şaumyanın göstərişi ilə erməni-daşnak və bolşevik hərbi birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı 1918 ildə həyata keçirilmiş soyqırımları zamanı xüsusi qəddarlıqla dağıdılmış və yandırılmış Şamaxı şəhərini bərpa etmək olmuşdur.
Əd.: Azərbaycan Xalq Cünhuriyyəti Ensiklopediyası, II cild, Bakı, “Lider-Nəşriyyat”, 2004, s. 438