NOVRUZ TÜRBӘSİ
Әrəbqədim kəndində, Kicəki dağının döşündəki qədim qəbiristanlıqdadır. Qəbirin üstündəki türbə ötən əsrdə tikilmişdir. El arasında Sofu Novruz türbəsi kimi məşhurdur.
Әrəbqədim kəndində, Kicəki dağının döşündəki qədim qəbiristanlıqdadır. Qəbirin üstündəki türbə ötən əsrdə tikilmişdir. El arasında Sofu Novruz türbəsi kimi məşhurdur.
Ölkə əhəmiyyətli abidədir. Bakının 127-ci kilometrliyində Pirsaat çayı sahilində, Bakı-Salyan karvan-ticarət yolu üzərində, Hacıqabul rayonunun Qubalıbaloğlan kəndi ərazisindədir. Xanəgah kompleksi 11 əsrin məşhur sufi şeyxi Pir Hüseyn (Şirvani) Rəvananın adı ilə bağlıdır. Memarlıq-məkan həllinin mükəmməlliyi baxımından Azərbaycan ərazisində olan xanəgahlar arasında yüksək yer tutur. Belə tikililərdən çoxunun əsası Şirvanşah Gərşasbın oğlu Fəribürz və II Axsitanın oğlu II Gərşasbın vaxtında qoyulmuşdur.
Şamaxının Göylər kəndində yerləşir. Türbə dördkünc formada tikilmişdir. Onun ətrafında qədim qəbiristan, karvansara kompleksi vardır. Türbənin içərisindəki kitabə alim M.Nemətova tərəfindən oxunmuşdur. Abidənin üz tərəfindən ərəbcə kufi elementli süls xəttilə yazılmış kitabədə deyilir: “Rəhimli və Mərhəmətli Allahın adı ilə. Bu qəbir Şeyx, İmam, ən böyük alim, mömin Tair Tac əl-Hüda Mədəkani ibn Әlinindir.
Bu sərdabə çayın kənarında yerləşən qəbiristanlıqdadır. Әvvəllər burada türbə olmuşdur. Türbə uçub dağılmasına baxmayaraq, xalq müqəddəsləri həmişə ziyarət etmişdir. Deyilənlərə görə, türbə XI-XVI əsrlərdə tikilmişdir. Son zamanlar pirin üstündə yenidən türbə tikilmişdir.
Əd.: Ə.Cəfərzadə, S. Qəniyev, R. Alışıv, S. Rəsulov “Şamaxı”, “Səda” Ədəbi-Nəşriyyat Mərkəzi, Bakı, 1994, s. 42-43
Pirsaat çayının kənarında yerləşir. Bu müqəddəs türbə bütün ölkə əhalisinin ziyarət etdiyi müqəddəs ocaqlardan biridir. Pirsaat baba peyğəmbər nəslindən kəramətli övliya olmuşdur. Türbə təxminən 9-16 əsrlər arasında tikilmişdir. 1918 ildə Hacı Cəfərqulu tərəfindən burada yenidən türbə ucaldılmışdır. 1989-90 illərdə Şeyx İbrahim Paşa tərəfindən yenidən bərpa olunmuş, 1996 ildə isə dam örtüyü qoyulmuşdur.
Əd.: K.Abdullayev “Azərbaycanda müqəddəs ziyarətgahlar”, Bakı, “Çinar-Çap”, 2007, s. 59
İlk orta əsr abidəsi. Şamaxı r-nunun Poladlı kəndinin ərazisində yerləşir. Abidə 10 hektar sahəni əhatə edir. Pirsaatçay hövzəsində su mənbəyinə yaxın salınmışdır. Yaşayış yeri dərə və təpələrlə, çayın yaratdığı yarğanlarla əhatə olunmuşdur. Yaşayış yerindən təsərrüfat işləri zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri – müxtəlif biçimli gil qablar və bir ədəd tunc tərəzi gözü dəyərli materiallardır. Tərəzi gözünün oturacaq hissəsində 6,2 sm diametrində 3 ədəd bərabər ölçülü məsamə açılmışdır. Həcmcə kiçik olması bu tərəzinin nadir və dəqiq çəki tələb edən əşyaların ağırlığını müəyyənləşdirmək üçün istifadə olunduğunu göstərir. Çox ehtimal ki, bu tərəzi zərgərlikdə və yaxud əczaçılıqda istifadadə edilmişdir. Arxeoloji materialların müqayisəli təhlili Poladlı yaşayış yerinin e.ə. 3 əsrdən başlayaraq eramızın 7 əsrinədək mövcud olduğunu söyləməyə əsas verir.
Əd.: N.Xasayev “Dağətəyi Şirvanın ilk orta əsr arxeoloji abidələri”, Bakı, “Nafta-Press”, 1998, s.25
İlk orta əsr abidəsi. Şamaxı r-on mərkəzindən 25 km aralıda, Saxsılı taxta yaşayış yerinin şərqində yerləşir. Sahəsi təqribən 15 hektara yaxındır. Abidənin şərq tərəfində Taxtalar adlanan əkin sahəsi, şimalda Qızılca dağlarının otlaq sahələri, qərbində Əpci dərəsi, cənubunda isə Pirəbağdad adlı orta əsr türbəsi yerləşir. Əpci çayı abidənin ərazisindən keçir. Pirəbağdad türbəsinin yaxınlığında “Təpə dibi” adlı hündür bir yer vardır. Bu təpənin uçmuş hissəsinin kəsiyindən ilk orta əsrlərə aid saxsı məmulatı aşkar olunmuşdur.
İlk orta əsr abidəsi. Şamaxı rayon mərkəzindən 25 km cənub-şərqdə eyni adlı kəndin mərkəzində yerləşir. Abidə 5 hektar sahəyə malikdir. Mülayim iqlim zonasında yerləşən Quşçu kəndi ərazisində kənd təsərrüfatı və sənətkarlığın bütün sahələrinin inkişaf etdirilməsi üçün əlverişli şərait vardır. Bu zəmin ta qədim zamanlardan insanların Quşçu ərazisində məskunlaşmasına səbəb olmuşdur. Quşçu kəndi ərazisində müxtəlif tipli arxeoloji abidələr – Daş qutu qəbirləri və Qalacıq müdafiə ictehkamı qeydə alınıb tədqiqat işi aparılmışdı. Əldə edilmiş arxeoloji materialların əksəriyyəti keramika məmulatından ibarətdir.
Şamaxı şəhərinin şimal-qərbində, təxminən 3 km məsəfədə Əngəxaran kəndi yaxınlığında 11-13 əsrə aid yaşayış yeri. Sahəsi 3-4 hektardır. Təsərrüfat işləri zamanı bir neçə bina qalığı aşkar edilmişdir. Binalar əhəng və kirəcdən istifadə etməklə daşdan tikilmişdir. Quşqanadan şirli və şirsiz qab qırıqları və tünk qalıqları tapılmışdır. Yaşayış yerinin ətrafında bir neçə Orta Əsrlər abidəsi də var.
Azərbaycanda Şamaxı yaxınlığındakı Xınıslı qəbiristanında aşkar edilmişdir. Yerin üstündə onları nişan verə bilən heç bir əlamət yoxdur. Buradan dəmir xəncər, ox və nizə ucları, bıçaqlar, toqqalar, bəzək şeyləri (tunc və dəmir bilərziklər, gümüş sırğalar, müxtəlif muncuqlar və s.) tapılmışdır. Tapıntılara əsasən quyu qəbirlər e.ə. I minilliyin 2-ci yarısına aid edilir.