ŞİKAROV Daşqın Məzi oğlu
(29.1.1973, Şamaxı ş.) – Azərbaycan diplomatı. Bakı Dövlət Universitetini bitirmişdir. Fövqəladə və səlahiyyətli səfir rütbəsi var. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (1997-99; mart 2001-oktyabr 2001; 2005-07), Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda (1999-2001), Pakistandakı səfirliyində 3 və 2 katib (2001-05), 1-ci katib, Müvəqqəti İşlər Vəkili (2007-11) işləmişdir. 2011 ilin martından Azərbaycan Respublikasının Pakistandakı Fövqəladə və Slahiyyətli Səfiridir. “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir (2012).
Məlumat Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyinin saytından (www.azembassy-pakistan.com) götürülmüşdür.