“ŞEYX BALAHƏMİD” türbəsi
1993-94 illərə aid olan türbə Şamaxı r-nunun Çarhan kənd qəbiristanlığındadır. Türbədə dəfn edilən Şeyx Balahəmid sağlığında insanların dərdinə əlac etmişdir. Şeyxin ulu babaları Şeyx Həsən nəslindəndir. Şeyx Balahəmid Çarhan kəndinə 1930-40 illərdə köçmüş, 1992 ildə vəfat etmişdir. Məzarın üstündəki türbə şeyxin oğlu Həmid Paşanın vəsaiti hesabına ucaldılmışdır. Türbənin inşa edilməsində Çarhan kənd sakinləri usta Ağaxan və Ağaveyisin böyük zəhməti olmuşdur.
Əd.: K.Abdullayev “Azərbaycanda müqəddəs ziyarətgahlar”, Bakı, “Çinar-Çap”, 2007, s. 64